"ATV-dəki "Bu stil mənim" çox uğursuz idi" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az iş qadını Ruhi Əliyevanın axşam.az saytına müsahibəsini təqdim edir.
- Artıq bir ildən çoxdur ki, televiziyada layihələr etmirsiniz...
- Başım əkizlərimə qarışıb. Oğullarım artıq böyüyüblər, bu yaxınlarda 4 yaşları olacaq. İdmanla məşğuldurlar. Mən də istəyirəm ki, övladlarımın yanında olum və onların hər bir anını izləyim. Evdə dayə var. Buna baxmayaraq, özüm məşğul oluram. Ürəyim istəyən bir layihə olsa, yəqin ki, efirə qayıdacam. İnanmıram ki, Azərbaycan telekanallarında mənim istədiyim layihələr olsun. Çünki yaxşı layihə üçün güclü maliyyə lazımdır.
Maarifləndirici verilişə isə heç bir sponsor yaxın durmur. Onlar ancaq qalmaqallı, şou xarakterli verilişləri maliyyələşdirirlər. Bu da mənlik deyil. İnsan evdə oturanda ruhunu təzələmək, maarifləndirici nəsə eşitmək istəyir. İndi efirdə bayağı verilişlərdir, baxıb əsəbiləşirsən.
- Bundan əvvəl reallaşdırdığınız layihələrə özünüzün sponsorluq etdiyiniz deyilirdi...
- Bu haqda ilk dəfə danışıram. ATV kanalı bizə çox böyük şərait yaratdı. Hər yerdə deyirdilər ki, Ruhi sponsordu, özü pul xərcləyir. Belə bir şey olmayıb. Mən heç prodüser də olmamışam. Mənə görə ən çətin peşə sahibləri jurnalistlər və prodüserlərdir. Çünki əmək sərf edirlər. Məncə, bu, vergidir. Ona görə də yaxşı jurnalistlərə və prodüserlərə hörmətim olub. Hər zaman tənqidi normal qəbul etmişəm. Heç bir zaman öz-özümü tərifləməmişəm, yalnız tənqid etmişəm.
- Sizin rəhbərlik etdiyiniz "Özünə bax" dəb layihəsindən sonra ATV-də "Bu stil mənim" verilişi başladı. Proqramı izləmişdiniz?
- Yalnız bir buraxılışına baxa bilmişəm. Çox uğursuz alındı. Münsiflərin, iştirakçıların seçimi düz deyildi. Xanımlar indi də mənə yaxınlaşıb soruşurlar ki, sizin veriliş niyə bağlandı? Əslində, "Özünə bax"da maarifləndirici nüanslar çox idi. Uğurlu insanları münsif kürsüsündə əyləşdirmək lazım idi. "Bu stil mənim" də maarifləndirici olmalı idi. Türkiyədə verilişdəki münsiflər - Hakan Akkaya, İvana Sərt, Nur Yerlitaş modanın içindən gələnlərdir. Dəbdən anlayışı olmayan insanlar olduqda isə verilişin uğuru olmur.
- "Özünə bax"ın davamı niyə olmadı?
- Mən aparıcı deyiləm. Kimsə mənə belə müraciət edəndə əsəb keçirirəm. Bu layihəni biz yaratmışdıq. Davam etməsini də özüm istəmədim. Çünki veriliş qalmaqala çevrilirdi. Mən olduğum yerdə isə qalmaqal, dava ola bilməz. Belə olanda ciddiyət, hörmət itir. Ana olandan sonra isə ümumiyyətlə hər bir addımıma, hərəkətimə fikir verirəm. Necə deyərlər, suyu üfürə-üfürə içirəm.
- Bir vaxtlar müğənnilik fəaliyyətiniz də var idi. Yenidən oxumağı düşünmürsünüz?
- Heç bir zaman demədim ki, mən müğənniyəm. Çünki bu sözün arxasında böyük məsuliyyət durur. Bu mənim hobbim idi. Əgər bu işə ciddi yanaşsaydım, indi səhnədə olardım. Amma səhnə arxası elə şeylərlə qarşılaşdım ki... Əlçatmaz kimi baxdığım insanların elə üzlərini gördüm ki, dedim heyif...
- Sizi hər zaman qapalı libaslarda görürük. Geyimlərinizi necə seçirsiniz?
- Geyimlərə xüsusi diqqət verirəm, çox açıq-saçıq olmasını istəmirəm. Bu gün ola bilər paltarım bir az qısadır (gülür). Geyimlərimi heç kimə etibar edə bilmirəm, çünki hər bir insan öz bədənini tanımalıdır. Həmişə demişəm, mən daxilən klassik insanam.
- Qızıl satışı ilə məşğul olan mağazaya sahibsiniz. Devalvasiyadan sonra biznesinizin bağlandığı xəbəri yayıldı.
- Bir neçə dəfə istəmişəm ki, həmin məkanı bağlayım. Sadəcə orada çalışan 7-8 işçinin xatirinə bunu etməmişəm. Bu işi daha da irəlilətmək üçün xarici ölkələrə səfərlər etmək, sərgilərə qatılmaq lazımdır. Uşaqlara görə buna imkanım olmur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
XƏBƏR LENTİ
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs





