Şou-biznes

Məşhur müğənni fitə basıldı

2 Aprel 2011 17:35
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Ensonhaber"ə istinadən bildirir ki, Türkiyənin tanınmış müğənnilərindən olan Demət Akalın yenicə buraxdırdığı albomuna imza günü təşkil edərək öz pərəstişkarlarını ətrafına toplayıb.

Akalının, albomları sürətlə imzalayaraq, jurnalistlərə heç bir açıqlama vermədən arxa qapıdan çıxması ondan kiçik konsert gözləyən pərəstişkarlarını əməlli-başlı qəzəbləndirib.

Əsəbiləşmiş kütləni görən prodüseri müğənninin qrip olduğnu və bu səbəbdən də səsinin batdığını desə də, fanatlar bu dəfə Akalını fitə basmağa başlayıblar.  

Hadisədən 10 dəqiqə sonra  sosial şəbəkələrdən birində Demət Akalının bu məzmunda açıqlaması yer alıb: "Həmin gün mən albomumu tanıtdırmağa və imzalatdırmağa getmişdim, mahnı oxumağa yox! İmza günündə sənətçilərin mahnı oxumaqlarını düzgün saymıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.