Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Eurovision - 2010" bizə nə vəd edir?
3 Mart 2010 16:26
Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Eurovision - 2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün keçirilən milli final konsertinin qalibi Safura Əlizadə oldu. Münsiflər heyəti onu digər namizədlər - Məryəm Şabanova və "Milk&Kisses" qrupundan daha üstün olduğu qənaətinə gəldilər.
Öz düşündüklərimizi yazmazdan əvvəl qalibi seçən münsiflər heyətinin, həmçinin musiqi sahəsində mütəxəssis sayılan insanların, hətta jurnalistlərin və sıravi tamaşaçının fikirlərini öyrənməyə çalışdıq. Maraqlıdır ki, münsiflər heyətinin üzvləri mövzu ilə bağlı açıqlama vermək istəmədilər, cavab verməkdən imtana etmələrinin səbəblərini də heç nə ilə əsaslandırmadılar.
Münsiflər heyətində təmsil olunmayan insanlar arasında isə, əvvəlki illərlə müqayisədə bu dəfə fikir ayrılıqları daha qabarıq şəkildə özünü göstərdi.
Müraciət etdiyimiz mütəxəssilərin əksəriyyəti Azərbaycanın builki seçim turlarının uğursuz olduğu qənaətindədirlər. Sadəcə olaraq, yarışmaya gedəcək iştirakçımızı və təşkilatçıları ruhdan salmamaq, hazırlıq ərəfəsində mənfi əhval-ruhiyyə yaratmamaq üçün kəskin tənqidli fikirlər olan həmin müsahibələri yayımlamırıq.
Deyilən fikirləri ümumiləşdirərək, qısa və yumşaq dildə ifadə etsək, ictimaiyyət və mədəniyyət xadimləri belə hesab edirlər ki, əvvəlki iki ildə yarışmaya qatılmış nümayəndələrimizlə (Elnur-Samir və Aysel-Araş duetləri) müqayisədə, həmçinin onların oxuduğu mahnılarla müqayisədə builki iştirakçı namizədlər və musiqilər çox zəif idi. Bu fikirləri mütəxəssis və tamaşaçı dedi.
Eyni zamanda Safura Əlizadə seçimi ilə razılaşanlar da oldu. Bu fikirdə olanlar Safuranın əsasən, xarici görkəminin, saksafonda ifa etməsinin (əgər "Eurovision"da da ifa edərsə) ona uğur gətirəcəyinə inanırlar.
Safuranı, həmçinin digər iki namizədi bəyənənlərin əsas narazılıqları mahnılardan oldu.
Doğrudan da, səslənən dörd mahnının heç biri yaddaqalan və birinciliyi qazandıra biləcək mahnılar deyildi. Düşünürük ki, bu seçim və mahnılarla Azərbaycanın builki "Eurovision"da çox təəssüf ki, ən yaxşı halda 10-cu yerdə qərarlaşacağına ümid etmək olar. Halbuki, ötənilki uğurdan sonra Azərbaycan ilk iki yerə iddialı ola bilərdi. Buna bizim imkanlarımız, mahnı və müğənni potensialımız var.
Düşünürük ki, bütün hallarda məsuliyyət münsiflər heyətinin üzərinə düşür. Elə ilk seçim turu üçün daha uğurlu təmsilçilər cəlb olunmalı idi. "Eurovision" üçün iştirakçının səs imkanları, ingilis dilində oxumaq qabiliyyəti, bundan əvvəl müsabiqələrdə iştirak etmək təcrübəsi nəzərə alınırsa, o zaman namizədlərimiz arasında məsələn, İlhamə Qasımova da olmalı idi. İlhamə Qasımova nə boy-buxununa, nə səhnə təcrübəsinə, nə də səsinə görə, seçim turlarında iştirak edən bütün namizədlərin heç birindən geri qalmır, əksinə, bəlkə də hamısından öndədir. Bir halda ki, söhbət mahnı yarışmasından gedir, İ.Qasımovanın konkret olaraq, səs imkanları ən azından Safura, Məryəm Sabanova və "Milk&Kisses" qrupu üzvlərinin səs imkanlarından xeyli genişdir. Xarici görkəmində, məsələn üzündə kiçicik estetik dəyişikliklər etməklə, İlhaməni "Eurovision" səhnəsi üçün ən yaxşı təmsilçiyə çevirmək olar. Azərbaycanın "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyəti, münsifləri bunu qarşıdakı illərdə nəzərə almalıdır.
Builki seçimə gəldikdə isə, hesab edirik ki, münsiflərin qərarı fərqli ola bilərdi - daha məqbul qərar kimi ən azından Məryəm və Safuranın duetini yaratmaq mümkün idi. Çünki hər ikisinin üstünlüklərini birləşdirib "Eurovision"a duet ifa ilə getmək olardı, əvvəlki illərdəki kimi. Münsiflərin dili ilə desək, "Avropalıların zövqünə uyğun gələn" Safura ilə səs tembri Avropa popuna yaxın olan Məryəmin birgə ifası hər birinin ayrılıqda, tək ifası zamanı gözə çarpan boşluğu qapada bilərdi.
Avropa zövqü ilə qulağın zövqünü oxşayan səs tembrinin vəhdəti, normal bir duet performansına çevrilərdi və bununla da ən düzgün seçim etmiş olardıq...
Belə də isə, ümid qalır Safuranın öz səsi, ifası üzərində daha çox işləməsinə, səhnə hərəkətləri, tamaşaçılarla ünsiyyəti, rəqsi və v s. performanslarına yaxşıca hazırlaşmasına. Hələ çox gənc olmasına baxmayaraq, Safuranın səhnəyə nə qədər can atdığı, həvəsli göründüyü, qələbəyə iddialı olduğu elə gözlərindən də oxunur. Nə deyək, təki belə olsun.
Bəs qarşıdakı illərdə uğurlu nəticəyə varmaq üçün hansı islahatları aparaq, qərarlarımızda nəyi dəyişdirək?
Azərbaycanda məhz musiqi yarışmalarından çıxmış çox gənc və təcrübəsiz müğənnilərin "Eurovision"a göndərmək ənənəsinə son qoyulmalıdır. Çünki eyni təcrübə təkrarlandıqca, hər dəfə özünü doğrultmaya bilər. Unutmayaq ki, "Eurovision" hər dəfə gözlənilməz nəticələri ilə seçilən, hər il, hər bir iştirakçıya fərqli münasibətlərin göstərildiyi, fərqli qiymətlərin verildiyi bir müsabiqədir. Bu tip yarışmalarda əvvəlki iştirakçımızın uğuru növbəti iştirakçımız üçün qələbə qazanmaq zəminini yaratmır.
İllərlə qazanılmış səhnə təcrübəsi, populyarlıq kimi kriteriyalar "Eurovision" səhnəsində öz sözünü deyir. Həmçinin də əksinə, heç vaxt böyük kütlə qarşısına çıxmayan, səsi, mahnıları sərhədləri aşaraq özünə və ölkəsinə populyarlıq gətirməyən, böyük səhnəyə yeni-yeni addımlar atan gənclərdən bir-birə "Eurovision"da birincilik gözləmək də düzgün deyil. Əgər bütün bu reallıqları nəzərə alaraq, obyektivlik naminə, belə ifaçılardan birincilik gözləmiriksə, onda niyə "Eurovision" kimi böyük yarışmalara gözdəririk? Hansı məntiqlə? Bəyəm bizə bəraət lazımdır, yoxsa qələbə?
Və yaxud, qələbəyə iddia edib, sonra onu qazanmayıb geri qayıdanda sadaladığımız obyektiv səbəblər kimin nəyinə lazım olacaq? Məşhur deyim var - "Qalibləri mühakimə etmirlər", doğrudan da yalnız, qalib və onun qələbəsi müzakirə olunmur, qələbə qələbədir. Biz arzuladığımız nəticəni əldə etməyəndən sonra uğursuzluğumuza istədiyimiz qədər haqq qazandıraq, bunu müxtəlif səbəblərlə izah edək, nə faydası?
Eyni fikirləri mahnı seçiminə də aid etmək olar. "Eurovision"a dərin fəlsəfi fikirlər, peşəkar, sanballı şedevr musiqi əsərləri lazım deyil, Avropa dinləyicisinin qulağına xoş gələn, yaddaqalan mahnı yazmaq, və ya yazdırmaq bizim üçün bu qədərmi çətindir?
Bundan başqa, "Eurovision" kimi beynəlxalq müsabiqələrdə iştirak üçün çox geniş kampaniyalar aparılaraq namizədlər cəlb edilməlidir. Yarışmanın elanı yalnız "Eurovision"un saytında yerləşdirilməklə kifayətlənməməlidir. Çünki bu saytı məhdud kontingent görür, oxuyur, xəbər tutur. Halbuki, Azərbaycanda telekanallarda gedən yerli müsabiqələrin gecə-gündüz elanı gedir, həmin kanallar öz yarışmalarının o qədər anonsunu aparırlar ki, hətta Azərbaycanın ən ucqar dağ kəndinin sakini də bilir ki, bu yarışma nə vaxt başlayır, harada olacaq, qatılmaq üçün nə etmək lazımdır və s.
Eyni qaydada "Eurovision" üçün də telekanallarda (ən azından İTV-də) elanlar verilməli, səsinə, ifasına güvənən hər bir istedadlı şəxs (bu, peşəkar da ola bilər, həvəskar da) seçim turuna cəlb olunmalıdır. Elə üç ildir dalbadal "Eurovision"a göndərdiyimiz iştirakçılarımız da yerli müsabiqələrin anonslarından xəbər tutaraq həmin yarışmalara qatılmış gənclərdir. Gözləmədikləri bir vaxtda eşitdikləri, xəbər tutduqları elan, onların yolunu yerli müsabiqədən salaraq "Eurovision" səhnəsinə qədər aparıb çıxardı.
Televiziyada geniş elan kampaniyasının digər mühüm cəhəti təkcə ucqar kənd-kəsəyə deyil, xarici ölkələrə də səs salmağındadır. (Telekanallarımız müxtəlif antenalarla dünyaya yayımlanır). Dünyanın müxtəlif ölkələrində yaşayan istedadlı soydaşlarımız (Azərbaycan kökənli şəxslər) ola bilər ki, ya "Eurovision"un saytından xəbərsizdir, ya da bu yarışmada iştirak etmək ağlından belə keçmir, amma televiziyada, ya radioda eşitdiyi həmin bu çağırış kampaniyası onun da yolunu Azərbaycandan və bu vasitə ilə "Eurovision"dan sala bilər.
Beləliklə, həm münsiflərin seçim imkanları çoxalar, həm də yeni-yeni istedadlı insanlar üzə çıxar.
Və nəhayət, ən vacib amil - beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək istəyiriksə, yalnız bu məram əldə rəhbər tutularaq qərarlar verilməli, qələbəmizə mane ola biləcək bütün kənar müdaxilələr, məsələn, tanışlıq-qohumluq, tapşırılma və s. kimi azərbaycansayağı üsullar tamamilə keçərsiz olmalıdır.
Bir məqamı da qeyd edək, çox təəssüf ki, Ermənistan Valeriya Reşetnikovanı (səhnə adı Yeva Rivas) seçməklə, artıq müəyyən mənada uğurunu təmin edib. Baxmayaraq ki, bu qız elə güclü səsə malik deyil, amma "Eurovision"da vizual görünüşün kifayət qədər rol oynadığı danılmaz faktdır. Deməli, yarışmaya ən azı, düşmənimizdən ön sırada olmaq üçün çox ciddi hazırlaşmalıyıq.
Və sonda, nə deyilsə də, nə yazılsa da, artıq ifaçımız seçilib. Azərbaycanın builki Oslo yarışmasında layiqli yer tutması üçün biz bundan sonra yalnız təbliğat işlərimizi genişləndirməliyik. SMS və səsvermə yarışması olduğunu nəzərə alaraq, dünyada yaşayan soydaşlarımızı, bizə dost xalqları Azərbaycan nümayəndəsini dəstəkləməyə çağırmalı, bunun üçün fəal şəkildə kampaniyalara başlamalıyıq.
Zəhra
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?