Müğənni Ceyhun Əliyevin doğum günüdür. Primetime.az xəbər verir ki, 33 yaşı tamam olan müğənni təbriklərdən başını itirdiyini bildirib:
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalşıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım. Təəssüf, işlərimə görə, bu il doğum günümü təmtəraqlı keçirməyəcəm. Dostlarıma söz verirəm, gələn il maraqlı ad günü təşkil edəcəm".
Qeyd edək ki, ötən gün İlkin Həsəni Ceyhunla fotosunu çəkdirib sosial şəbəkədə paylaşıb və maraqlı ad günü təbriki yazıb: "Ceyhun dostumuzu Şimali Osetiyanın əməkdar incəsənət xadimi fəxri adını alması münasibəti ilə təbrik edirəm, səsin hər zaman şimaldan gəlsin".
Milli.Az