Şou-biznes

Elnur Məmmədov: "Məgər sözümü deməyə çəkinirəm ki?"

24 Fevral 2016 14:25
3 Şərh     Baxış: 2 051

Müğənni Elnur Məmmədov bəzi jurnalistləri tənqid edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Xəzər telekanalında qonaq olan müğənni bəzi sayt jurnalistlərini yalan yazmaqda ittiham edib:
 
"Bu yaxınlarda prodüser Tolikin məclisində idik. Dostlarımla görüşdüm, əyləşmək istəyəndə Tolik dedi ki, sənin yerin digər masadadır. Mən də keçib lazım olan masada əyləşdim. Bundan sonra götürüb yazıblar ki, Elnur filankəslə görüşmədən digər masada əyləşib. Onların münasibəti yoxdur. Məgər sözümü deməyə çəkinirəm ki, əvəzimə söz yazırsınız? Belə şeylərə çox əsəbləşirəm. Mən jurnalistlərdən qaçan müğənni deyiləm. Onlardan istənilən biri mənimlə əlaqə saxlaya bilər".
 
Qeyd edək ki, bir neçə gün əvvəl saytlardan birində Elnur Məmmədovun Abbas Bağırovla eyni masada əyləşməkdən imtina etməsi haqda xəbər yer almışdı.

Milli.Az

Şərh yaz:

3 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.