Şou-biznes

Aşıq Xanların ciyərparası canıyla çarpışır

29 Yanvar 2016 14:04
13 Şərh     Baxış: 4 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Azərbaycan aşığı, böyük saz-söz ustadı, mərhum Aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu canı ilə çarpışır.

Milli.Az bildirir ki, 33 yaşlı məşhur aşıq 3 ildir "Hepatit B" xəstəliyindən əziyyət çəkir. Aşığın yaxın dostu şair Ehtiram İlhamın big.az-a verdiyi məlumata görə, Azərin xəstəliyi artıq son həddə çatıb: "Aşıq Azər Xanlaroğlu bu gün bir neçə xəstəliklə çarpışır. "Hepatit B" xəstəliyindən də əziyyət çəkən aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Yataqdan qalxa bilmədiyi, ayaq ustündə durmaq mümkün olmadığı üçün məclislərdə iştirak edə bilmir, maddi sıxıntı çəkir. Xəstəliyinin müalicəsi mümkündür, amma maddi vəziyyət buna imkan vermir. Buradan saza, sözə qiymət verən insanlara səslənirəm ki, Azəri qurtaraq, Allah uzaq eləsin, onu itirə bilərik..."

Aşıq Azər Xanlaroğlunun özü ilə əlaqə saxlanılıb. Azər bəy bildirdi ki, həqiqətən, artıq o 3 ildir, "Hepatit B" xəstəliyindən əziyyət çəkir, artıq yatağından dura bilmir: "Həkimlər deyirlər ki, xəstəliyin müalicəsi İsraildə mümkündür. Deyilənə görə, 60 min dollara başa gəlir".

Xatırladaq ki, Aşıq Xanlar Azərbaycanın tanınmış el aşıqlarından biri olub. O da cavan yaşında dünyasını dəyişib. Çox təəssüf ki, bu gün Xanların yadigarı aşıq Azər Xanlaroğlunun da həyatı təhlükədədir. Şair Ehtiram İlham onu da bildirdi ki, Azər Xanlaroğlunun yaxın vaxtda müalicəsinə başlanılmasa, təəssüf ki, onu itirəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.