Şou-biznes

Müğənni Aytac: "Onu ölümlə hədələyir" - VİDEO - FOTO

18 Noyabr 2015 13:13
78 Şərh     Baxış: 6 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Aytac Vidadiqızı yeni fotosessiya və yeni mahnısını təqdim edib.

Milli.Az xəbər verir ki, müğənni "Bu şəhərdən get" adlı lirik mahnı ifa edib. İfaçı mahnıda sevən xanımın tükürpədici hisslərini ifadə edir.

"Sözlər çox təsirlidir. Sevən xanım sevgilisini hər kəsə, hər şeyə qısqandığından ayrılıq zamanı onunla nəinki eyni şəhərdə, eyni dünyada belə yaşamaq istəmir. Həyatından çıxıb getmədiyi təqdirdə, onu ölümlə belə hədələyir. Bu sözlər, ideya məni özünə cəzb etdi. İnanıram ki, sevən hər kəs bu mahnıda özündən bir parça tapa biləcək".

Aytac Vidadiqızı toy öncəsi lirik mahnı oxuduğuna görə onu qınayanların da olduğunu bildirib:

"Mənim heç bir mahnım həyatımı əks etdirmir. Mən həyatımda yaşanan hadisələrə mahnı həsr edən müğənnilərdən deyiləm. Mənim üçün əsas mahnının sözləri və musiqisi gözəl, düşündürücü və təsirli olsun. Həyatımda yaşananlara mahnı oxusam, gərək ayda bir albom buraxım".

Yeni mahnısından təsirlənən Aytac Vidadiqızı mahnının ab-havasına uyğun tam fərqli obrazında yeni fotosessiya da etdirib.

"Fotolarda aktrisalıq qabiliyyətimi də qabartmaq istədim. Fotoqraf nə qədər peşəkar olsa da, əsas obrazı canlandıran şəxsdir. İstədim ki, bu fotosessiyada sevgidən iztirab çəkən xanımı canlandıra bilim. Bu işdə fotoqraf Niko Abbasova da təşəkkür edirəm".

Qeyd edək ki, müğənninin ifa etdiyi "Bu şəhərdən get" adlı mahnının sözləri Aqil Əsədova, musiqisi isə Arif Səlimova, aranjmanı isə Rabil Səfərliyə məxsusdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Aytac Vidadiqızı - Bu şəhərdən get

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.