Tamadalıq edən məşhurlarımız - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan səhnəsində hər on nəfərdən doqquzu toya gedir. Kimi müğənni, kimi tamada, kimi, sadəcə, aparıcı kimi. Bu dəfə tamada-aparıcı qismində toy məclislərində iştirak edən tanınmışlarımızdan danışacağıq. Beləliklə, ölkə.az toylarda aparıcılıq-tamadalıq edən tanınmışlarımız barədə yazını təqdim edir.
"Bozbash pictures"in Şəmisi, teleaparıcı İlkin Həsəni xeyli müddətdir həm də toy məclislərini idarə edir. Aparıcı daha çox elitar məclislərə dəvət alır.
Şoumen Murad Dadaşov toy məclislərində nadir hallarda aparıcı qismində iştirak edir. Bu isə adətən ya vəzifə sahiblərinin övladlarının, ya da məşhurların toyu olur.
"Lider" telekanalında yayımlanan "Solo" verilişinin aparıcısı, müğənni-aparıcı Murad Arif də toy aparıcısı olan tanınmışlarımızdandır.
"Sevimli şou"nun aparıcısı Mikayıl Güləddinoğlu daha çox bölgələrimizdəki və Rusiyadakı azərbaycanlıların xeyir işlərində tamadalıq edir. Onun "Mən anamı sevgilimə dəyişmərəm" şeiri sosial şəbəkələrdə kinayə obyekti olsa da, qeyd olunan məclislərdə xüsusi coşquyla qarşılanır.
Xalq artisti Arif Quliyevin, əməkdar artist Ələkbər Əliyevin də qazancının bir qismi tamadalıqdan formalaşır.
Tanınmış aktyor Allahverdi Yolçuyev də 30 ildən artıqdır ki, həm də tamada kimi məclislərə gedir.
Əməkdar artist, qiraətçi Ağalar Bayramov da dolanışıq üçün toyu seçənlərdəndir.
Toy aparıcıları arasında tanınmış xanımlar da var. Aktrisa Xuraman Əlizadə, teleaparıcı Könül Yusifqızı, Lətafət Ələkbərova, aktrisa Fidan Axundova, teleaparıcı Nərgiz Cəlilovanın dolanışığının bir qismi toylardan çıxır.
Yumor hissi ilə fərqlənən teleaparıcı Nəsib Nur, aktyorlar Fərda Xudaverdiyev, Elməddin Cəfərov, teleaparıcılar Elgiz Əkbər və Zaur Kamal da toy aparıcısı kimi təcrübəyə sahibdirlər.
Müğənni Elxan Qaraxanoğlu isə öz ansamblı ilə iştirak etdiyi məclislərdə tamadadan imtina edərək, aparıcılıq missiyasını üzərinə götürür.
Aktyor Elnur Kərimov teleaparıcılıqla yanaşı, tamada kimi də təcrübəyə malikdir.
Şoumen Kamran Həsənli isə azərbaycanlı məşhurlar arasında ən çox toy təcrübəsi olanlardandır.
Əməkdar artistlər Çingiz Əhmədov və Rəhman Rəhmanov da uzun müddətdir toy məclislərini idarə edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"





