Şou-biznes

İlkin Həsəni: "Əvvəlcə inanmadım"

27 Fevral 2015 17:06
2 Şərh     Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Martın birində Heydər Əliyev sarayında "Ay Brilliant" filminin təqdimatı keçiriləcək. Milli.Az xəbər verir ki, təqdimat öncəsi filmin prodüseri və baş rolun ifaçısı İlkin Həsəni Day.Az saytına müsahibə verin.

İlkin Həsəni müsahibəsində bildirib ki, belə bir filmin çəkilməsi təklifini bir il öncə rejissor Kənan M.M. təklif edib.

"Sözün düzü, əvvəlcə onun sözlərinə inanmadım. Çünki necə ssenari yazdığını bilmirdim. Bildiyim tək o idi ki, Kənan rejissor kimi peşəkardır. Ssenarini yazdı, verdi mənə. Mən də "Bozbaş Pictures"-i yazan ssenaristlərə göstərdim. Nəticədə gördük ki, yaxşı bir şey alınıb. Film "İlk Media" ilə "Azad Azərbaycan" telekanalının birgə layihəsidir", - o qeyd edib.

İlkin Həsəninin müsahibəsinin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.