Şou-biznes

Günaydan ayrılıb onun yanına getdi - FOTO

14 Yanvar 2015 10:55
1 Şərh     Baxış: 3 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günay İbrahimli ilə bitirdi, Rəqsanə ilə başladı

Milli.Az xəbər verir ki, müğənni Günay İbrahimlinin keçmiş prodüseri Sevinc Hüseynova bundan sonra Rəqsanə İsmayılova ilə çalışacaq.

Bu barədə Rəqsanə öz səhifəsində bildirib. Müğənni prodüserlə şəkil paylaşaraq bu sözləri yazıb: "Seva bizim komandaya gəldi, inşallah, xeyirli, uğurlu olar. Əzizlərim, sabah başqa sözlər yazılmasın, mən Günayı da çox istəyirəm, bu gün onun hər bir uğuruna sevinirəm. Mənim Günayla heç bir problemim yoxdur.

Öz əziyyəti ilə tanınmaq çox çətindir və əziyyətlidir. Bir insan digərinin yanında daima ola bilməz, çünki həyat belə müvəqqətidir. Əsas Allah hamımızın ruzi-bərəkətini bol eləsin. Çox şükür bu günümüzə".

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.