Şou-biznes

Tural Bayraməliyevdən "Döy qapımı" - VİDEO

10 Yanvar 2015 12:30
Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Söz və musiqi müəllifi Tural Bayraməliyev növbəti kompozisiyasını müğənni Nadir Qafarzadəyə təqdim edib. Lentə yazılan mahnı "Döy qapımı" adlanır. Mahnı sevgidən bəhs edir. Müəllif bildirir ki, "Döy qapımı" ekran həyatını da yaşayacaq.

"Xarici ölkələrdən birində çəkiləcək klipin mövzusunun mahnı ilə bərabər maraq kəsb edəcəyinə inanıram. Artıq kliplə bağlı hazırlıqlar başlayıb. Mahnı radiolara təqdim edilən zaman, paralel olaraq, çəkilişlərə start veriləcək. Bildiyiniz kimi, mahnılarımın hər birinin aranjmanı Türkiyədə peşəkar musiqiçilər tərəfindən aparılır. Bu mahnının da aranjman işi eynilə türkiyəli musiqiçilərə həvalə edilib", - deyən Tural Bayraməliyevin əlavəsinə görə, bu, Nadir Qafarzadə ilə onun sayca üçüncü iş birliyidir.

"Xainsən", "Unut məni"dən sonra "Döy qapımı" mahnısını Nadir Qafarzadənin səsində uğur qazanacağına inanan müəllif sonda "inanıram ki, yeni mahnı "Xainsən"nin rekordunu təzələyəcək" deyə bildirdi.

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.