Şou-biznes

Baloğlan Əşrəfovun səsi batdı

10 Yanvar 2015 12:28
5 Şərh     Baxış: 4 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Baloğlan Əşrəfovun səsi batıb.

Milli.Az atvxeber.az-a istinadən xəbər verir ki, ifaçı soyuqlayıb. Lakin əvvəlcədən söz verdiyi üçün "Şirin çay" verilişinə gələn ifaçı canlı yox, fonoqram ifa edib. Bu barədə B.Əşrəfov belə qeyd edib:
 

"Dünən axşam soyuq dəyib, qrip olmuşam, səsim batıb. Amma bu, o demək deyil ki, elə mənim səsim batacaq, oxuya bilməyəcəm. Sadəcə, dünən soyuq dəyib. Olur belə şeylər. Mən bilirəm ki, ölən günüm səhnədə olacaq. Amma səsdi də... Bir də gördün getdi, gəlmədi. Allahın qisməti. Səsim batanda özümü müalicə etmirəm. Özü düzəlir...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.