Şou-biznes

Brilliant Dadaşova: "Yazıq uşağımı evləndirdilər"

27 Dekabr 2014 17:37
0 Şərh     Baxış: 2 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova "Gündəlik" verilişinin qonağı olub

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, müğənni oğlu Cahadı özbək qızla gizli evləndirməsi ilə bağlı yayılan şayiələrə son qoyub:

"Özümdən danışdılar bəs etmədi, indi oğluma keçiblər. Aman-zaman bir oğlum var. Elə ola bilər ki, mən onu toysuz, sakit evləndirim? Mən yeganə uşağıma xınayaxdı, paltarbiçdi, böyük toy edəcəm. Bacılarım ərə gedəndə onların beş toyu olub: kiçik nişan, böyük nişan, xınayaxdı, paltarbiçdi, axırda da toy. Mən də oğluma bu cür edəcəm. O toyda qol qaldırıb sındıra-sındıra oynayacam. Ola bilməz ki, mənim oğlumun toyu səs-küysüz keçsin. Yazıq uşağımı evləndirdilər. Kim kimin övladına nə arzulayırsa, onun uşağına qismət olsun".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.