Şou-biznes

İradə 4 ildən sonra Azərbaycana qayıtdı: "Peşmanam" - VİDEO

25 Dekabr 2014 15:35
3 Şərh     Baxış: 8 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədən Azərbaycana qayıdan müğənni İradə İbrahimova bu gün mətbuat konfransı keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, jurnalistlərlə görüşən ifaçı bildirib ki, sözləri İsra Gülümsərə, musiqisi Henreyə, aranjmanı Tolqa Çelikə məxsus "Senelər" adlı mahnıya klip çəkdirib: "4 ildir ki, sənətdən uzaq idim. Buna səbəb başımın şəxsi həyatıma qarışması idi. Amma artıq bu gündən etibarən yenidən sənətimə start vermişəm. Bu gün yeni klipi təqdim edirəm. Düşünürəm ki, seviləcək. Türkiyədə tanınmış sənətçilərdən Ozan Çolakoğlu, Sərdar Ortacdan və digərlərindən mahnı oxumuşam. Həmin bəstələri zamanla təqdim edəcəm. Xeyli fasilədən sonra dəyişiklik etmək istədim. Ona görə də mahnıların əksəriyyətini türk dilində yazdırdım. Hər zaman maqazin proqramlarından qaçmışam. Buna görə də peşmanam. Amma yenidən sənətə yeni nəfəslə başladım. Düşünürəm ki, hər şey ürəyim istəyən kimi olacaq. Klipi Türkiyədə oranın komandası ilə çəkdirdim. İmkanım olsa, gedib Londonda klip çəkdirərdim. İşlərim bununla bitmir. Artıq dayanmayacam".


Xatırladaq ki, klipin rejissoru Gülşən Aybabadır. Gülşən xanım keçmiş futbolçu, "Beşiktaş"ın sabiq baş məşqçisi Samet Aybabanın qızıdır.

Qeyd edək ki, İ.İbrahimovanın "Olmamalıydı" adlı klipi də yaxın müddətdə ekranlara çıxacaq. Bundan əlavə ifaçının 5 mahnısı ardıcıl şəkildə yayıma buraxılacaq.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.