Şou-biznes

Azərbaycanlı müğənni toy qiymətlərini şişirtməyi sevən həmkarlarına dərs keçdi

25 Sentyabr 2014 10:17
4 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Firuzə İbadova "İncə sənət"də toy qiymətini açıqlayıb
Milli.Az gecce.az xəbər verir ki, şou əhlinin toy qiymətləri ilə fəxr etdiyi bir zamanda Firuzə İbadova bir çoxlarının qorxulu yuxusuna çevriləcək açıqlama verib. Belə ki, Firuzə toy qiymətlərini şişirtməyi sevən sənət əhlinə dərs keçib.

"Toy qiymətimi açıqlamaqda heç bir problem görmürəm. Getdiyim qiymət nədir ki, çox balaca bir məbləğdir. Toylara 400-500 AZN arası məbləğə gedirəm. Bu heç kimi təəccübləndirməsin. Ağzını əyməsin ki, niyə bu qiymətə gedirəm.

Heç kimin bazarını öldürmək məqsədim yoxdur. İmkanlının da, imkansızın da toyunda iştirak edə bilim. Məni bilən bilir ki, əvvəldən toylarda belə qiymətlərə iştirak etmişəm. Başqaları kimi dörd min-beş min qiymət oxumamışam".
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.