Şou-biznes

Təranə Səmədova ikinci dəfə ərə gedir?

25 İyun 2014 17:00
3 Şərh     Baxış: 3 489
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Təranəyə hansı azərbaycanlı müğənni evlilik təklif etdi?

Tanınmış prodüserin ikinci dəfə ailə həyatı qurması ilə bağlı xəbər yayılıb.

Bu barədə gecce.az-a açıqlama verən Təranə Səmədova bildirib ki, hal-hazırda elə bir şey həyatında yoxdur: "Ürəyim tamamilə boşdur. Çünki bunu özüm istəyirəm. İlk evliliyim uğursuz olduğundan ikinci evlilik haqqında düşünmək belə istəmirəm.

Onu deyə bilərəm ki, təxminən illər öncə müğənni Murad Sadıx mənə evlilik təklifi etmişdi. Mən ona qardaş və dost gözü ilə baxdığımdan onun bu təklifini qəbul etmədim. Onu yenə də doğmam kimi istəyirəm. Muraddan başqa hansısa bir kişi müğənni mənə evlilik təklif etməyib, yalan xəbərdi.

Qeyd edək ki, prodüser bir neçə gün öncə burnundan əməliyyat etdirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.