Şou-biznes

Vəfa Zeynalova: "Səncə, onu erotika adlandırmaq olar?"

21 Aprel 2014 15:48
3 Şərh     Baxış: 2 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Vəfa Zeynalova "Günəbaxan" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı heç vaxt danışmayacağını deyib:

"Şəxsi həyatımı efirə çıxarmaq istəmirəm. Bununla bağlı heç bir suala da cavab vermirəm.

Tamaşaçının ailəmə müdaxilə etməyini sevmirəm. Bu, mənim həyatımdır, mənim ailəmdir. Yalandan xəbər çıxdı ki, Vəfa boşanıb, ikinci dəfə ailə qurub... Nə boşanmamışam, nə də ikinci dəfə ailə qurmamışam. Ailəm var, çox xoşbəxtəm".

Verilişdə qonaq olan aparıcı İsa Şükürün "Vəfa xanımın şəxsi həyatının gündəmə gəlməsinə çəkildiyi filmdəki erotik səhnə səbəb oldu" sözlərinə qarşı tərəf belə cavab verib:
"O erotikadır? Səncə, onu erotika adlandırmaq olar?"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.