Şou-biznes

Səidə Sultan: "Reytinq xətrinə yeri gələndə arvadlarının alt paltarını da satarlar"

21 Aprel 2014 13:54
7 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultan "Günəbaxan" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dedi-qodulardan danışan sənətçi qalmaqallı açıqlamalar verib:

"Kanallarda işləyənlərin bəzilərinin insanlığı yoxdur. Reytinq xətrinə yeri gələndə arvadlarının alt paltarını da satarlar. Qalmaqal yaradıb müğənnini gözdən salmağa can atırlar. Özlərini ulduz hesab edirlər. Amma bilmirlər ki, bu ulduzluq axıra kimi getmir, vaxtı gələndə etdikləri pisliyin qarşılığını alacaqlar. Bir dəfə mənim də ailə söhbətimi efirə çıxarmışdılar.

Elə ab-hava yaratdılar ki, bütün Azərbaycan evimin içini gördü. Mənə yaxın olan insanlar idi, nənəm onlara şikayət edəndə çağırıb məsləhətləşsəydilər, söhbətin əslini öyrənərdilər. Heç olmasa, hörmət naminə bunu edəydilər. Bu qalmaqal mənə çox pis təsir etdi. O yükün altından necə qalxacağımı bilmirdim. Hətta özümü öldürməyi də düşünürdüm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.