Şou-biznes

Elşad Xose konsert verəcək

15 Aprel 2014 18:51
12 Şərh     Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xeyli müddətdir sənətdən uzaq düşən Elşad Xose yenidən yaradıcılığına start vermək niyyətindədir
Milli.Az-ın məlumatına görə, lent.az-a açıqlama verən reper bildirib ki, o, səhnə fəaliyyəti ərzində növbəti solo konsertini verəcək:

"Sənətimi sevənləri mayın 27-si "The Public" klubda baş tutacaq solo konsertimə dəvət edirəm. Konsertim barədə onu deyə bilərəm ki, gecədə bir çox sürprizlər gözlənilir".
 
Daha sonra gecənin təşkilatçısı, Faiq Ali bildirib ki, reperin konsertində şou-biznesin bir çox tanınmış simaları qonaq olacaq:

"Bir müddət fasilədən sonra Elşad Xose mayın 27-si yenidən sevənlərinin qarşısına çıxır. O, təxminən 350-400 nəfərlik konsert salonunda çıxış edəcək. Öncədən digər məlumatları söyləmək istəmirəm. Sadə bir konsert olacağını deyə bilərəm".
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.