Çox saylı istəkləri nəzərə alaraq, nəhayət ki, noyabrın 3-də Ruslan M və Lady Slim öz güclərini birləşdirərək yerli gecə klublarının birində birgə möhtəşəm bir şou nümayiş etdirdilər. Milli.Az xəbər verir ki, bu dəfəki şouda əvvəlki şou və musiqi nömrələri ilə yanaşı, həm də yeni nömrələr nümayiş olundu.
Ruslan_M şoumen kimi 2008-ci ilin sonu 2009-cu ilin əvvəlində fəaliyyətə başlayıb. Onun Bakıda, eləcə də Bakıdan kənar Azərbaycanın bir çox istirahət mərkəzlərində, klublarında silsilə tədbirləri, partiləri keçirilib və hal-hazırda da keçirilməkdədir. Ruslan səhnədə yaratdığı şoulara, musiqili nömrələri və yarışları ilə həmişə maraq doğurur, səhnədə yaratdığı novatorluğu ilə isə yaddaşlarda qalır.
Lady Slim - Azərbaycanın ilk travesti aktyoru. Travesti - parodiya janrı olub və bir cinsin əks cinsi parodiya etməsidir. Lady Slim ilk dəfə 2008-ci ildə Moskvada yaradıcılıq fəaliyyətinə başlayıb. 2009-cu ildən isə Azərbaycanda bu janrı təmsil etməyə başlayıb. 2010-cu ildə Azərbaycanı Ukraynada "Miss Travesty International 2010" beynəlxalq müsabiqəsində təmsil edib və "Birinci Vitse- Miss" adına layiq gorülüb.
Elə həmin ildə yerli Azərbaycan telekanallarının birində istedad yarışmasına qatılıb, münsiflər və tamaşaçıların məhəbbətini qazanaraq 5 ay boyunca efirdə olub. 2011-ci ildə isə Lady Slim Moldovada "Miss Flawless Queen" adlı beynalxalq müsabiqəyə laureat seçilərək finala keçmiş və "Miss Elegant 2011" adına layiq görülüb. Lady Slim bu gün də rəngarəng kostyumları və biri-birindən fərqli nömrələri ilə maraq doğurur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Şou-biznes
İki güc birləşərək möhtəşəm şou göstərdi - FOTO
8 Noyabr 2013 19:05
Baxış: 1 789
DİGƏR XƏBƏRLƏR
- 66 yaşlı Şeron Stoun çimərlik geyimində - VİDEO
- 42 yaşlı Priyanka "yandırıb-yaxdı" - FOTO
- Xalq artisti dəniz kənarında belə görüntüləndi - VİDEO
- Elza AYB-yə çağırıldı: Anar xəbərdarlıq etdi
- “Yalı Çapkını”nın villası rekord qiymətə satışda
- Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı...
XƏBƏR LENTİ
- İdeal səhər yeməyi necə olmalıdır?
- Kəpəkdən xilas olmaq mümkündürmü? – 5 sadə üsul
- 66 yaşlı Şeron Stoun çimərlik geyimində - VİDEO
- 42 yaşlı Priyanka "yandırıb-yaxdı" - FOTO
- “YouTube”da reklamlar daha da artacaq
- Bakıda məktəb heç bir səbəb göstərilmədən BAĞLANIR? - AÇIQLAMA
- Payızda geyinə biləcəyiniz dəbli jaketlər - FOTOlar
- İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo
- Bryanska kütləvi PUA hücumu: Rusiya HHM-lər işə düşdü
- ABŞ Ukraynaya 375 milyon dollarlıq yardım ayırır
- Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir - Bianki
- Xalq artisti dəniz kənarında belə görüntüləndi - VİDEO
- BMT-dən İsrail və Livana çağırış!
- İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
- Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - Xəbərdarlıq
- Elza AYB-yə çağırıldı: Anar xəbərdarlıq etdi
- Günün qoroskopu: Ağır fiziki işi unudun
- Polis rəisi hakimi öz otağında qətlə yetirdi
- Biləsuvarda GES-in tikintisinə 100 milyon dollar ayrılacaq
- Qazaxıstan Azərbaycana bu məhsulun tədarükünü artırmaq istəyir
- Bakıda 16 mərtəbəli binada yanğın: sakinlər təcili təxliyə edildi - FOTO
- Ağdamdakı zavod ildə 510 min cüt ayaqqabı istehsal edəcək - FOTOlar
- Uşağın başına bit düşüb? - Təbii yolla xilas üsulu açıqlandı
- Azərbaycanda abortla bağlı dəhşətli statistika: Əksəriyyəti gəncdir