İki güc birləşərək möhtəşəm şou göstərdi - FOTO

8 Noyabr 2013 19:05
Çox saylı istəkləri nəzərə alaraq, nəhayət ki, noyabrın 3-də Ruslan M Lady Slim öz güclərini birləşdirərək yerli gecə klublarının birində birgə möhtəşəm bir şou nümayiş etdirdilər. Milli.Az xəbər verir ki, bu dəfəki şouda əvvəlki şou və musiqi nömrələri ilə yanaşı, həm də yeni nömrələr nümayiş olundu.

Ruslan_M şoumen kimi 2008-ci ilin sonu 2009-cu ilin əvvəlində fəaliyyətə başlayıb. Onun Bakıda, eləcə də Bakıdan kənar Azərbaycanın bir çox istirahət mərkəzlərində, klublarında silsilə tədbirləri, partiləri keçirilib və hal-hazırda da keçirilməkdədir. Ruslan səhnədə yaratdığı şoulara, musiqili nömrələri və yarışları ilə həmişə maraq doğurur, səhnədə yaratdığı novatorluğu ilə isə yaddaşlarda qalır.

Lady Slim - Azərbaycanın ilk travesti aktyoru. Travesti  - parodiya janrı olub və bir cinsin əks cinsi parodiya etməsidir. Lady Slim ilk dəfə 2008-ci ildə Moskvada yaradıcılıq fəaliyyətinə başlayıb. 2009-cu ildən isə Azərbaycanda bu janrı təmsil etməyə başlayıb. 2010-cu ildə Azərbaycanı Ukraynada "Miss Travesty International 2010" beynəlxalq müsabiqəsində təmsil edib və  "Birinci Vitse- Miss" adına layiq gorülüb.

Elə həmin ildə yerli Azərbaycan telekanallarının birində istedad yarışmasına qatılıb, münsiflər və tamaşaçıların məhəbbətini qazanaraq 5 ay boyunca efirdə olub. 2011-ci ildə isə Lady Slim Moldovada "Miss Flawless Queen" adlı beynalxalq müsabiqəyə laureat seçilərək finala keçmiş və "Miss Elegant 2011" adına layiq görülüb. Lady Slim bu gün də rəngarəng kostyumları və biri-birindən fərqli nömrələri ilə maraq doğurur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.