Dünən ailə həyatı quran tanınmış vizajist Nigar İbrahimovanın həyat yoldaşı haqda mediada bəzi xəbərlər yayılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ruslan adlı bəyin bundan öncə ailəli və iki uşaq sahibi olduğu bəlli olub.
Onun keçmiş həyat yoldaşı Samirə açıqlamasında ailəsini məhz Nigar İbrahimovanın dağıtdığını iddia edib. O deyib ki, vizajist hətta evli olduqları müddətdə belə Ruslanla görüşürmüş.
Məsələylə bağlı Nigar İbrahimova da öz mövqeyini bildirib. O, həyat yoldaşının keçmiş xanımını yalan danışmaqda ittiham edib. İradə İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova vasitəsilə saytımızla əlaqə saxlayan vizajistin açıqlamasını olduğu kimi təqdim edirik:
"Ruslan o xanımla beş ildir ki, boşanıb. Mən Ruslanı il yarımdır tanıyıram. Evlilik təklifi alanda isə onun həyatını incələməyə, nikaha girəcəyim insanın kimliyini öyrənməyə çalışdım. Ailəsini, nəslini tanımağa səy göstərdim. Öyrəndim ki, həqiqətən də evli olub.
Ruslanın iki övladı var. Amma onlardan yalnız birinin üzünü görüb. İkinci övladı dünyaya gələndə onlar artıq birgə deyilmişlər. Ayrılmağa səbəb isə Ruslanın keçmiş həyat yoldaşı olub. O özü evi tərk edib. Hətta Ruslanın ailəsi də məsələyə qarışıb, qadını yola gətirməyə çalışıblar, amma onu fikrindən döndərə bilməyiblər.
Ayrılığa səbəb kiçik ailə münaqişəsi olub. Ruslanı ətraflı tanıdıqdan sonra inandım ki, o mənimlə pula, var-dövlətə görə ailə qurmur. Onun özünün hər şeyi var: evi, maşını, yaxşı işi. O, sadəcə yaxşı ailəyə sahib olmaq istəyirdi.
Həmin xanım ailə qədri bilən idisə, niyə beş il gözlədi? Niyə susdu? İndi niyə çıxıb danışır? Ruslanın qədrini onu itirəndən sonra bildi? Evində qız övladı böyüyür, heç kimin arxasınca bu cür böhtanlar danışmasın.
İtirdiyi bir şeylə bağlı xoş olmayan xəbərlər yaymaq onu narahat etmir? Ruslan boşanmış insandır, indi də layiq olduğu qadını tapıb. Boşanmış biri ilə ailə qurmaq cəmiyyətdə qəbul olunmuş haldır. Həmin xanıma da xoşbəxtlik arzulayıram. Hərənin özünə görə adı, imkanı var. Mən görüntü üçün ailə həyatı qurmamışam. Əgər evlənən idimsə, elə 20-25 yaşımda bunu edərdim. Biz ciddi bir ailə qurmuşuq və çox xoşbəxtik".
Nigar həmçinin toya qatılan bəzi şou-biznes nümayəndələrinin narazı qalmasına isə belə münasibət bildirib:
"Çox gözəl mərasim idi. 350 qonaq gəldi. Müğənnilər toya oxumaq üçün yox, yaxınlarım kimi qatıldılar. Hamısı gözəl iştirak etdi. Kimsə narazı gedibsə, bu, onların öz problemidir".
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dünən toyu olan Nigar İbrahimova ittihamlara cavab verdi: "Bu, onların öz problemidir"
1 Noyabr 2013 16:14
35 Şərh
Baxış: 28 495

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropada müalicəsi olmayan virus yayılır
-
"Qarabağ"ın ÇL-də pley-offa yüksələcəyi təqdirdə potensial rəqibi BƏLLİ OLACAQ
-
Bu da "Qız atası"nın aktrisasının heç yerdə görmədiyiniz qızı - FOTO
-
Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
Dünya "tikan üstündə" - Bölgədə dumanlar yüksəldi - VİDEO - FOTO
-
Bu valyutalar bahalaşdı
-
"Qalatasaray" daha bir futbolçusunu göndərdi
-
Braziliya Prezidenti Trampa qəzəbləndi: "Bütün sərhədləri aşıb"
-
Oturduğu yerdə "başına pul yağacaq" - Avqust bu bürclərin ayı olacaq
-
“Uzak Şehir”də gözlənilməz ayrılıq - FOTO
-
Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar - VİDEO
-
Duzlu su ilə üzü yuyanda nə olur?
-
Sızanağın yaranmasının əsas səbəbi
-
Normadan artıq duz istifadəsinin FƏSADLARI
-
İmmuniteti möhkəmləndirən əsas qida məhsulları
-
Ağıllı saatların insan sağlamlığına təhlükəsi
-
Enerji içkiləri bu xəstəliklərə səbəb olur
-
Dişlərinizi belə fırçalayın, bəmbəyaz olacaq
-
Bu ərazilərdə işıq olmayacaq
-
Tərtərdə silahlı insident - qazi həbs edildi - YENİLƏNİB - FOTO
-
Bu ağacları həyətə əkmək bədbəxtlik gətirir
-
Çimərlikdə qızlar arasında dava düşdü - VİDEO
-
Günün qoroskopu: xərcləri nəzarətdə saxla