Şou-biznes

Vaxtsız vəfat edən azərbaycanlı müğənninin qızı kameralar qarşısında hönkürdü - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

18 Fevral 2013 18:33
1 Şərh     Baxış: 17 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:40

Milli.Az xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl Beynəlxalq mətbuat mərkəzində gənc müğənni Aytac Vidadiqızı media mənsublarını başına cəm edib "Atam" adlı mahnısına təqdimat keçirdi. Məlumunuz olsun ki, Aytac ötən ilin noyabrında 53 yaşında vəfat etmiş müğənni Vidadi Bərdəlinin qızıdır. Atasının yolunu davam etdirməyi qarşısına məqsəd qoyan Vidadiqızı bacısı Günayın sözlərinə yazdığı musiqisi ilə bütün qonaqlarını kövrəltdi.

Zamanında Vidadi Bərdəli ilə dostluq etmiş bəzi sənət dostları ruhu şad olsun deyə qızının adı ilə bağlı olan bu tədbirə təşrif buyurmuşdular. Tədbirdə bəstəkar Tahir Əkbər, əməkdar artist İlqar Muradov, müğənnilərdən Zarina Məmmədova, Manaf Ağayev, Leyla Ramazanlı, Yaşar Yusub iştirak edib.

Klip tədim edildikdən sonra şair Sərvər Şahbəyli onun bir daha göstərilməsini xahiş edib.

Aytac Vidadiqızı bildirib ki, klipin necə başlanması barədə ona atası ölümündən bir gün əvvəl istiqamət verib. Atasının böyük sənətinin olduğunu deyən müğənni qeyd etdi ki, onun sənətini davam etdimək niyyətindədir.  
 
Qeyd edək ki, tanınmış təşkilatçı Nahid Emiloğlunun rəhbərlik etdiyi "Səs" prodüser mərkəzində hazırlanan klipin klipmeykeri Pərviz Əzimzadə, montajçısı Elnar Haşımovdur. Mahnını Rabil Səfərli aranjman edib.

Süjet xətti olmayan klipdə Aytac atasının ruhuna olan sevgisini kameralar qarşısında hönkürtü çəkib ağlamaqla nümayiş etdirdi.

Milli.Az olaraq mərhum sənətkara Allah-Təaladan rəhmət diləyib, ruhuna ithaf olunmuş "Atam" klipini sizə  təqdim edirik.

Şahin Cavadsoy
Milli.Az  


Böyütmək üçün şəkillərə klikləyin.

----------
18:33











































----------
15:40



























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.