Şou-biznes

Verilişinə görə kanalın yayımı dayandırılan aparıcının rəqsi GÜNDƏM OLDU - VİDEO

14 Yanvar 2026 17:45
Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Space TV-nin sosial verilişinin aparıcısı Amil Xəlil qeyri-adi rəqs performansı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, teleaparıcı məclislərin birində nümayiş etdirdiyi rəqs nömrəsi ilə diqqət çəkib. Onun tanınmış müğənnilərdən birinin ifası səslənən anda sərgilədiyi rəqs sosial şəbəkələrdə yayılıb.

Sözügedən görüntülər istifadəçilər arasında müxtəlif rəylərə və müzakirələrə səbəb olub. Bəzi izləyicilər Amil Xəlilin sərbəst və fərqli rəqsini maraqla qarşılasa da, digərləri bu performansı tənqid edib.

Qısa zamanda gündəmə çevrilən video teleaparıcının sosial şəbəkələrdə daha geniş diqqət mərkəzinə düşməsinə səbəb olub.

Xatırladaq ki, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib. Aparıcının sözügedən rəqsi qərardan öncə yayılıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.