Şou-biznes

“Evli kişinin qadın dostu ola bilməz” - FOTO

19 İyul 2025 19:49
Baxış: 574
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli məşhur müğənni Bengü keçmiş həyat yoldaşı Səlim Selimoğlu ilə boşandıqdan sonra ilk dəfə şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, müğənni "Evli bir kişinin ən yaxın dostu qadın ola bilməz" ifadəsi ilə ictimai müzakirəyə səbəb olub:

"Bu "səkkizayaqlı xanımlar" dost kimi görünür və birdən-birə bəyləri qucaqlayırlar. Heç kim ərimlə yaxın dost ola bilməz. Keçmiş həyat yoldaşımın da qadın dostu olmayıb. Evli kişinin qadın dostu ola bilməz. Sən mənim həyat yoldaşımla necə ən yaxın dost ola bilərsən?!"

2024-cü ildə 7 illik evliliyinə son qoyan iki uşaq anası Bengü ayrılıq səbəblərindən də danışıb:

"Böyük sevgi ilə evləndik və iki gözəl övlad sahibi olduq. Ancaq bəzən qarşılıqlı gözləntilər və fikir ayrılıqları ucbatından evlilik davamlı ola bilmir. Çox çalışsaq da, zamanla zərər görməyə başladıq".

Ayrılıq zamanı heç bir qalmaqalın olmadığını vurğulayan müğənni xəyanət iddialarını da tamamilə təkzib edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.