Cəmiyyət

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO

28 İyun 2025 21:20
Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaşı 60-a yaxınlaşmış qardaşlarımın günahsız olduqları halda mühakiməsiz işgəncə altında həyatlarına son qoyublar".

Milli.Az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında Rusiyanın Yekaterenburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib.

"Rusiyanın dırnaqarası hüquq-mühafizə orqanları evlərindən vəhşicəsinə, döyə-döyə gecənin bir aləmi aparıblar. Onlarla başqa soydaşlarımızı da aparıblar. Təəssüf ki, dünən axşamdan etibarən orada öldürülənlərin xəbərləri gəlir. Ağır vəziyyətə salınmış, elektrik cərəyanına məruz qalmış azərbaycanlılara dövlətimizin müdaxiləsindən sonra tibbi xidmət göstərilib" deyə, o bildirib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.