Çiçəklər, ulduzlar və romantika: Dakota Consonla gecəyə damğa vuran premyera - VİDEO - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Amburan Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında yay mövsümünün təntənəli açılışı baş tutub.
Açıq səma altında keçirilən çiçəkli əyləncə yayı, təbiəti və keyfiyyətli kinonu sevənləri bir araya gətirib.
Çiçəklərin zərif ətri, işıq şousu və həzin musiqi rahat bir axşam əhvali-ruhiyyəsi yaradıb. Qonaqları pantomim aktyoru qarşılayıb və hər bir xanıma çiçək təqdim edərək sehrli bayram ab-havası bəxş edib. Gecənin xüsusi məqamı isə filmin süjetinə əsaslanan rəqs tamaşası olub - bu performans tamaşaçıları valeh edərək onları kino və incəsənətin möcüzəvi aləminə qərq edib.
Dəvət olunmuş qonaqlar arasında tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri yer alıblar.
Tədbirin təşkilində "7 Gül" gül butiki, "MADO" restoranı, "Light in Black" kreativ şirkəti (foto və video), "Millennium" dondurmaları, "Balli Bisi" şirniyyat evi, "ProEvents" (işıq effektləri), Azərbaycanda ilk orqanik şərab istehsalçısı - "Meysəri" şərabları və "Red Bull" dəstək göstəriblər.
Gecənin sonunda ABŞ istehsalı olan "Materialistlər" adlı komediya filmi nümayiş olunub. Ekran əsəri tədbirin yüngül və romantik təəssüratını mükəmməl şəkildə tamamlayıb.
Filmin ssenari müəllifi və rejissoru Selin Sondur.
Baş rolları Dakota Conson, Pedro Paskal və Kris Evans canlandırıblar.
Film haqqında qısa məlumat: Peşəkar evlilik agenti Lüsi sevgi haqqında hər şeyi bildiyinə əmindir. Qəlbləri ustalıqla birləşdirən Lüsi özü subay qalmağa davam edir. Lakin cazibədar milyonçu Rendi onunla maraqlanmağa başlayanda və keçmiş sevgilisi, yaraşıqlı Con yenidən ortaya çıxanda Lüsi anlayır ki, əsl sevgi heç bir düstur və hesabla ölçülə bilməz.
Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.
"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xalq artisti əməliyyat olunacaq
-
Zelenski: Ağ Ev müraciətimizə cavab verməyib
-
“Şamaxı”nın yeni baş məşqçisi o oldu
-
Azərbaycanın qaz ehtiyatları nə qədərdir və dünyada hansı sıradayıq?
-
Türkiyə millisinin DÇ-2026 heyəti açıqlanıb - 26 futbolçu seçildi
-
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb
-
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib
-
Hava kəskin dəyişir - Bakıda yağış başlayacaq - PROQNOZ
-
Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər - FOTO
-
Tarixi rekord yaxınlaşır - 100 mərtəbəni keçən bina tikilir
-
"Qəbələ" iki futbolçu ilə yolları ayırdı
-
Rusiya bir gecədə bu qədər PUA vurdu
-
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?"
-
Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
-
"Mənim başıb xarabdır, qanım XARAB DEYİL" - Oxuduğu dueti "Youtube"dan sildirdi
-
20 ballıq cərimə limiti artırılır?
-
"Onların pulunu mən ödəyəcəyəm"
-
İrandan Rusiyaya narkotik daşıyan TIR Azərbaycanda belə saxlanıldı - VİDEO
-
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
-
Prezident İlham Əliyev Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb
-
Hamiləlik zamanı cəzanın təxirə salınması ilə bağlı yeni qayda
-
18 aptekdə nöqsan aşkarlandı
-
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO
-
Azərbaycanlılar niyə mütləq ev sahibi olmağa çalışır? - ARAŞDIRMA





