Şou-biznes

Oğlunu çılpaq görən Şvartsenegger şokda: "Bu, ağılsızlıqdır" - FOTO

8 İyun 2025 15:21
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arnold Şvartsenegger oğlu Patrikin iştirakı ilə "Ağ lotus" serialının üçüncü mövsümündəki çılpaq səhnələri görərək şoka düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyor oğlu ilə birgə "Variety"yə müsahibəsində danışıb.

"İnana bilmədim. Seriala baxıram və birdən ekranda onu çılpaq görürəm! Bu, ağılsızlıqdır. Sonra "Konan" və "Terminator"da eyni vəziyyətə necə düşdüyümü xatırladım. Onun mənim izimlə getməsi heyrətamizdir", - Arni bildirib.

Kino ulduzu oğlunu tərifləməyi də unutmayıb.

"Sən məndən heç vaxt studiyaya və ya agentə zəng etməyimi xahiş etmədin. Aktyorluğa gələndə məndən heç vaxt məsləhət istəmədin. Sən unikalsan və mən səninlə çox, çox fəxr edirəm", - kino ulduzu deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.