Cazibədar aktrisanın qaladakı geyiminin gizli mənası ortaya çıxdı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hollivud ulduzu Sydney Sveeney "2025 Met Gala"nın qırmızı xalçasında diqqət mərkəzində olub.
Milli.Az xəbər verir ki, aktrisanın libası yalnız gözəlliyi ilə deyil, həm də daşıdığı dərin simvolizm ilə səs-küyə səbəb oldu.
Sydney Sveeney hansı geyimi seçdi?
Aktrisa "Met Gala 2025"in xalçasında uzun, tamamilə parıltılı payetlərlə işlənmiş qara donla göründü. Bu parıltılar ona həm lüks, həm də cazibədar bir effekt qatırdı. Donun sinə hissəsindəki fərqli kəsim obrazı daha cəsarətli göstərir və arxasında kiçik ətək ucu (qatar) yer alırdı.
Xüsusi diqqət çəkən məqam isə görünüşünə zəriflik və orijinallıq qatan iri qızılı aksesuar idi.
O, görünüşünü sadə saç düzümü ilə tamamladı - saçlarını at quyruğu formasında bağladı, ön tərəfdəki bir neçə saç telləri isə lakla formalaşdırılmışdı. Bu, onun üzünü açıq saxladı və göz makiyajını ön plana çıxardı.
Ümumilikdə, aktrisanın görünüşü "Met Gala"nın cəsarətli və yaradıcı atmosferinə tam uyğun idi. Qara parıltılı donu və qızılı aksesuar birgə unudulmaz təəssürat bağışladı.
.jpg)
Sydney Sveeney
Donun arxasındakı simvolizm nə idi?
Aktrisa bu seçimi ilə Hollivud ulduzu Kim Novaka ehtiramını bildirdi. Novak məşhur rejissor Alfred Hitçockun 1958-ci il psixoloji trilleri "Vertigo" filmindəki baş rolu ilə tanınır.
Sydneynin geyindiyi don, Kim Novakın 1967-ci ildə çəkilən "The Legend of Lylah Clare" filmində geyindiyi libasa bənzəyir.
.jpg)
Kim Novak
Bununla yanaşı, Sydney yaxın gələcəkdə ekranlara gələcək "Scandal" filmində Kim Novak obrazını canlandıracaq. Film Colman Domingonun rejissor kimi debüt işidir və Kim Novak ilə Rat Pack üzvü, məşhur müğənni Sammy Davis Jr. arasındakı romantik münasibəti araşdırır.
1957-ci ildə baş verən bu irqlərarası münasibət, xüsusilə film studiyası rəhbərləri tərəfindən sərt reaksiyalar, təhdidlər və təzyiqlərlə qarşılanmışdı.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi





