Şou-biznes

Tanınmış aktrisa vəfat etdi - FOTO

25 Aprel 2025 17:05
Baxış: 1 488
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

 "Knots Landing" filmində Linda Fairgate və Tina Shepard rollarını oynayan Lar Park Linkoln dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, məlumata görə, o,  aprelin 22-də vəfat edib. Aktrisanın ölüm səbəbi barədə hələ dəqiq məlumat verilməyib.

Lakin, aktrisa 2008-ci ildən döş xərçəngi ilə mübarizə aparırdı və 2012-ci il bülleteninə görə, çoxsaylı əməliyyatlar keçirmişdi.

Qeyd edək ki, Lar Park Linkoln 2015-ci ilin sonunda 14 illik həyat yoldaşı Maykeli də xərçəng səbəbilə itirmişdi. Bundan əlavə, aktyoranın valideynləri Cek və Marjori Deyl, həmçinin qardaşları Cek C. və Pet də ondan əvvəl dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.