Şou-biznes

Xoşqədəmə yeni ad verildi: Fəxri doktor - VİDEO

23 Aprel 2025 15:32
Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar jurnalist  Xoşqədəm Baxşəliyeva fəxri doktor adına layiq görülüb.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, Beynəlxalq Elm və Texnologiya Universiteti tərəfindən tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Baxşəliyevaya fəxri doktor adı verilib. Diplom rəsmi mərasim zamanı universitetin rektoru professor doktor Erdal Dursun və rektor müşaviri professor doktor Bəxtiyar Nəcəfov tərəfindən təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Elm və Texnologiya Universiteti dünyanın fiziki məhdudiyyətli şəxslər üçün yaradılmış ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, 10 beynəlxalq akreditasiyaya malikdir. Universitet təhsil, elmi araşdırma və inklüziv cəmiyyətin qurulması sahəsində mühüm fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.