Şou-biznes

"Kuruluş Osman"ın aktyoru oğurluq etdi - FOTO

20 Aprel 2025 19:47
Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Avcılar rayonunda bir mağazanın qarşısından çemodan oğurlayan şəxsin aktyor Ümit Gündeş olduğu müəyyən edilib. O, əvvəllər də oğurluq cinayətinə görə məhkum edilmişdi. Lakin mağaza və market rəhbərləri şikayətçi olmadıqları üçün hüquqi proses başlanmayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mustafa Kamal Paşa məhəlləsində baş verib. Bir mağazanın qarşısında duran çemodan, şübhəli şəxs tərəfindən əvvəlcə mağaza qarşısında bir müddət oturduqdan sonra oğurlanıb.

Eyni şübhəli şəxs həmin gün eyni bölgədəki bir marketə də daxil olaraq, rəflərdəki məhsulları ciblərinə doldurub, ödəniş etmədən marketdən çıxaraq qaçıb.

Bölgədə oğurluq hadisələrinin artması səbəbilə araşdırma aparan polis əməkdaşları, təhlükəsizlik kamerası görüntüləri ilə müəyyən ediblər ki, şübhəli şəxs - əvvəllər də oğurluğa görə tutulan aktyor Ümit Gündeşdir.

Bununla belə, mağaza və market sahibləri şikayətçi olmadıqları üçün polis tərəfindən heç bir hüquqi tədbir görülməyib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.