Şou-biznes

İlkin Zaurun sözlərinə etiraz etdi

20 Aprel 2025 18:53
Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Televiziyanı günahlandırılar. Bəzi halda razıyam... Amma sosial media televiziyanın üstünə keçib. Televizoru çoxu açmır. Hamının əlində telefon var. Avtobusda, metroda, maşında hamı əlində telefon gəzir. TikTok-u açırıq onlar gəlir".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, bayağı mahnı ifaçılarının verilişlərə dəvət edilməsini tənqid edənlərə cavab verib. 

Proqramda qonaq olan Əməkdar artist İlkin Əhmədov ona etiraz edib və "Yanlışdır, razılaşmıram. Əvvəl deyirdik, filankəslər sosial şəbəkədə trenddir, amma efirdə görmürük, şükür. Deyirdilər, efirə çıxanlar sanballıdır. Efir ilə sosial şəbəkəni eyniləşdirə bilmərik" sözlərini söyləyib.  

Zaur isə "Sosial şəbəkə ilə efir eyni deyil. Amma onlar sosial şəbəkədə trend olur. Onlar televiziyada trend olmur, yutubda olur. Düşünürsünüz ki, dünən çıxıb iki mahnı oxuyan musiqini kölgədə qoyacaq? əsla, bundan narahat olmayın" cavabını verib.  (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.