Şou-biznes

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA: "Canını yaxşı qurtardın" - FOTO

25 Mart 2025 17:10
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aysun İsmayılovanın boşanmaq ərəfəsində olduğu əri, vəkil Ramil Vəliyev haqqında şok iddialar yayılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Ramil Vəliyev birinci evliliyindən olan övladları ilə səyahətə çıxdığını sosial mediada paylaşaraq izləyicilərinin diqqətini cəlb edib. 

Bu paylaşım sonrasında isə izləyicilər müxtəlif şərhlər yazıblar. Çoxları Vəliyevin keçmiş həyat yoldaşı ilə barışdığı və yenidən münasibətlərini düzəltdikləri barədə fikirlər səsləndiriblər:

"Acıq vermir, insanın ruhu açılıb, üzü gülür", "Sanki bu kişini əsir götürüblərmiş", "Həmişə üzün gülsün", "Aysun və sən başqa dünyanın adamı idin acığına gəlməsin, canını yaxşı qurtardın", "Öz ailənizin başında olun, bir tor idi düşmüşdünüz", "Dəyərli Ramil bəy, siz düz seçim elədiniz, halal olsun!" - kimi şərhlər instaqramı bir-birinə vurub. Aysunun fanatları isə bu məsələyə heç bir münasibət bildirməyib.

Xatırladaq ki, müğənni Aysun İsmayılova və həyat yoldaşı bir müddət öncə boşanmağa qərar veriblər. Bu barədə Ramil Vəliyev məlumatı təsdiqləyərək bildirib ki, boşanmanın səbəbi onun kobud və soyuq xarakteridir. O, həmçinin qeyd edib ki, hər iki tərəf nikahın pozulması üçün mediasiyaya müraciət edib. 

Qeyd edək ki, cütlüyün Sevgi adlı  bir qızı da var. /Yenisabah.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.