Şou-biznes

"Mənim də o qayğıya ehtiyacım olub" - VİDEO

13 Mart 2025 06:06
Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Niyaməddin Musayev gənc müğənni Nihad Məlikə öz mahnısını ifa etməyə icazə verib. Sənətkarın bu addımı musiqi aləmində geniş müzakirələrə səbəb olub və gənc ifaçılara dəstək nümunəsi kimi dəyərləndirilib.

Niyaməddin Musayev bildirib ki, bu addımı atmaqla gənclərə yol açmaq istəyib:

"Gəncliyimdə mənim də belə qayğıya ehtiyacım var idi. Musiqi paylaşdıqca daha dəyərlənir. Nihad istedadlı ifaçıdır və onun bu mahnını oxumasına böyük məmnuniyyətlə icazə verdim."

Son dövrlərdə bəzi müğənnilərin mahnıları satışa çıxarması və ya yüksək məbləğ qarşılığında icazə verməsi fonunda Musayevin bu addımı sənət cameəsində təqdirlə qarşılanıb. Qeyd edək ki, bəzi bəstəkarlar və ifaçılar mahnılarının istifadəsi üçün qonorar tələb edir. Lakin Niyaməddin Musayevin bu jesti musiqi irsinin qorunub saxlanmasına və yeni nəsil ifaçıların dəstəklənməsinə töhfə kimi qiymətləndirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.