Şou-biznes

İnfarkt keçirən Özcan Denizdən AÇIQLAMA

18 Fevral 2025 17:04
Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən gün infarkt keçirib.

Milli.Az xəbər verir ki, Türkiyə mediasının verdiyi xəbərə görə, hazırda evində istirahət edən sənətçi sosial şəbəkə hesabında səhhəti ilə bağlı açıqlama yayıb.

"Narahat olub zəng edən, halımı soruşan bütün dostlarıma və sevənlərimə təşəkkür edirəm. Çəkiliş meydançasında gözlənilməz bir narahatlıq yaşadım. Həkimimin müdaxiləsi və əziz həyat yoldaşımın qayğısı sayəsində hər şey geridə qaldı. Hazırda özümü çox yaxşı hiss edirəm," - deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, aktyor "Kızıl Goncalar" serialının çəkiliş meydançasında huşunu itirib. Hadisənin səbəbi kimi onun anası ilə yaşadığı problemlər göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.