Şou-biznes

Məhkəmə Murat Bozu cəzalandırdı

10 Fevral 2025 18:14
Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə məhkəmə müğənni Murat Bozu cərimə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Stardium Müzik" prodüserlik şirkəti məhkəmədə ifaçıya qarşı qaldırdığı iddianı qazanıb.

Şirkət M.Bozu aralarındakı razılaşmanı pozmaqda ittiham etmişdi. "Stardium Müzik"in iddiasında deyilirdi ki, ifaçı başqa prodüserlik şirkətləri ilə danışıqlar aparıb, həmçinin şirkətin sirlərini ifşa edib və kommersiya nüfuzunu zədələyib.

İstanbulun Əqli və Sənaye Mülkiyyət Hüququ üzrə Mülki Məhkəməsi iddianı təmin edərək müğənninin şirkətə 83 min 759 türk lirəsi (təqribən 3 917 manat) ödəməli olduğuna dair hökm çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.