Şou-biznes

"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"

8 Fevral 2025 08:36
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnsan hər şeyə nail ola bilər. Əgər niyyətin varsa, pilləkəndəki ən yüksək zirvədə dayanmaq istəyirsənsə, orda duracaqsan".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "7 Tamam" verilişində deyib. O, gəncləri sənət yolunda dözümlü olmağa səsləyib:

"Amma bir şey var ki, getdiyin o çətin yolda buna dözəsən. Bu bir az gec olur. Mən neçə ildir yol gəlirəm, sonradan maşın aldım. Hələ indi konsertlər üçün dərzilərə normal paltarlar tikdirirəm. Gücüm çatanı geyinirdim. Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur. Bunu çox deyiblər. İnsanlara mənim oxumağım lazımdır. Məni istəyənlər əynimdə ev xalatı da olsa, qulaq asacaq. Ona görə də bir balaca o çətinliyə dözmək lazımdır. O, çətinliyi keçdinsə, rahat yaşayacaqsan". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.