Yaşadığı villası 21 milyona satışa çıxarıldı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaca məşhur britaniyalı aktrisa Odri Hepbernin sağlığında yaşadığı "La Paisible" (dinc yer mənasını verir - red.) villası satışa çıxarılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, malikanənin satış qiyməti 19 milyon İsveçrə frankı, təxminən 21 milyon dollardır.
İsveçrənin Toloşna kəndində, Cenevrə hava limanından təxminən 30 dəqiqəlik məsafədə yerləşən 18-ci əsrə aid ev 1963-cü ildən vəfat etdiyi ilə qədər (1993-cü il - red.) Hepbernə məxsus olub.
2001-ci ildə Odrinin oğulları analarına məxsus evi "Europ Continents Services SA" idxal-ixrac biznesinin keçmiş sədri Jan-Mark Bojolin və onun həyat yoldaşı Katarina Bojolinə satıblar.
K. Bojolin "Bloomberg"ə müsahibəsində bildirib ki, o zamanlar əri ilə altı uşağını böyütmək üçün böyük bir ev axtarıblar. Sözügedən malikanəni ilk dəfə görəndə verdiyi hüzur onları evə aşiq edib, əvvəlki sahibinin Hollivud əfsanəsi olması isə onları daha da sevindirib: "Xatırlayıram ki, məktəb illərində yataq otağımın divarında Odri Hepbernin çoxlu fotoşəkilləri olub. O, həqiqətən də mənim ən sevimli aktrisam idi. Evin çöl divarında Hepbernin adı yazılmış lövhə var. Turistlər arabir dayanıb şəkil çəkdirirdilər, lakin mən onlara heç vaxt müdaxilə etməmişəm. 30 ildən çoxdur ki vəfat etsə də, insanların hələ də onun harada yaşadığını görmək istəməsi Odri Hepbernin nə qədər önəmli biri olduğunu göstərir. Uşaqlarımızın hamısı burada məktəb və universitetə gedib. İndi böyüyüblər, bu villa mənimlə yoldaşım üçün çox böyükdür. İki oğlumun da toyu bu evdə olub. Hepbernin bəzi toxunuşları hələ də qalır. Odrinin 60 yaşı tamam olanda "Givenchy" moda evindən ona 60 ağ qızılgül kolu göndərilib. Həmin qızılgüllərin yarısı hələ də həyətdədir".
Qeyd edək ki, 3 mərtəbədən ibarət malikanə 40 hektar ərazidə yerləşir. 10,800 kvadrat fut sahəsi olan evin 12 yataq, 8 vanna otağı var, həmçinin bir lift də mövcuddur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Corc Qafarovun toyudur - (Video)
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu
-
Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
XƏBƏR LENTİ
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Xətaidə maşın alışıb yandı - (Video)
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
Azərbaycanlı gənc Polşada vəfat etdi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı





