Şou-biznes

Məşhur müğənni xəstəliyini açıqladı - Müalicə olunacaq

27 Yanvar 2025 17:51
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, məşhur müğənni İrem Derici bir neçə gün əvvəl Adanada konsert verməzdən əvvəl yıxılaraq başını yerə vurub. Müğənni xəstəxanaya yerləşdirilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, ötən gün Bebekdə görüntülənən İrem Derici keçirdiyi qəza ilə bağlı danışıb:

"Konsert günü bədbəxt hadisə yaşadıq. Dodağıma, başım şişib. Öz evimin kənarında bir yerdə qalanda gecələr divarlara və ya başqa yerlərə çırpılıram," - deyə müğənni bildirib.

Müğənni təcili yardımın gəldiyini və xəstəxanada həkimlərin onu müayinə etdiyini söyləyib:

"Heç bir problem yoxdur amma yuxu vaxtı gəzirəm.Bu səbəbdən müalicəyə başlayacağam". 

İrem Dericinin xəstəliyi pərəstişkarlarını həm təəccübləndirib, həm də kədərləndirib. Onun dəstəkçiləri sosial mediada müğənniyə dəstək mesajları paylaşıblar.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.