Məşhur müğənni Mustafa Sandal və həyat yoldaşı Melis Sütşurup arasında bir müddət yaşanan evlilik böhranı sona çatıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildə İtaliyada evlənən cütlük ayrılıq iddiaları ilə gündəmə gəlmişdi. Lakin onlar son zamanlarda paylaşdıqları fotolarla bu iddialara son qoyublar. Melis Sütşurupun sosial mediada həyat yoldaşının soyadını silməsi ayrılıq iddialarını artırmışdı, lakin sonradan cütlük birlikdə çəkilən fotolarını sosial şəbəkədə paylaşıb, pərəstişkarlarını sevindiriblər.
Bu paylaşımlar onların evliliklərindəki böhranın arxada qaldığını və münasibətlərinin gücləndiyini göstəriblər.
Qeyd edək ki, Mustafa və Melis iki il əvvəl Marmarisdə ailə qurub. Onlar bir müddət əvvəl ayrılmışdılar.
Fidan
Milli.Az