Şou-biznes

“Artıq əməliyyat olunası heç nəyim yoxdur”

9 Dekabr 2024 07:12
Baxış: 2 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günel Ələkbərova keçirdiyi plastik əməliyyatdan sonra efirə çıxıb. 

Milli.Az xəbər verir ki, sənətçi "Xəbərin var?" maqazin verilişində qonaq olub. 

Gözəlləşmək üçün bıçaq altına uzanan Ələkbərova etdirdiyi əməliyyatlarından söz açıb: 

"Bədəni əməliyyat olunmayan şou-biznesdə bir dənə mən qalmışdım, məndə bunu etdim. Artıq əməliyyat olunası heç nəyim yoxdur. Qaş qaldırma və buxaq əməliyyatı etdirdim. Bəlkədə hiss edərsiniz ki, mən danışanda sanki "fit" çala-çala danışıram. Bu gün ərzində buxağıma taxdığım korsetə görədir. Yaxınlarım deyir ki, sən sosial şəbəkə canlı yayım açanda ağzın gah sola gah sağa gedir. Vicdansızdırlar... Bir də əlavə sinə əməliyyatı da etdirmişəm. Bu sinənin nə böyütmə nə də ki kiçiltmə əməliyyatıdır. Bu sinənin dikləşdirmə əməliyyatıdır". olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.