"Flora Kərimova məndən 30 min manat istəyir" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimovanı ittiham edib. Həkim Flora Kərimovanın onu şantaj etdiyini açıqlayıb. Sevinc Heydərova bildirib ki, müğənni şantajla ondan 30 min manat istəyir:
"Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər? Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. Həmin həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam. Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir".
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Flora Kərimovanın vəkili Elçan Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sevinc Heydərovanın şantaj kimi təqdim etdiyi 30 min manat məsələsi iddia tələbində göstərilib:
"Flora xanım deyir ki, mənim gözümə vurulan maddi ziyana görə 30 min manat təzminat ödənməlidir. Bu, şantaj deyil, məhkəmə qaydasında irəli sürülən iddia tələbidir. Biz məsələni şou halına çevirmək istəmirik. Ortada böyük fakt var. Biz məsələni hüququ prosedurlarla edirik. Hazırda Flora xanımın əməliyyatı ilə bağlı məhkəmə işi Ali Məhkəməyə göndərilib, kassasiya şikayəti verilib. Hələ bu iş yekunlaşmayıb. Yekun qərar verilməyib ki, Flora xanım kimin təqsirindən bu hala salınıb. İkinci vacib məsələ bizim Səhiyyə Nazirliyini məhkəməyə verməyimizdir".
Elcan Həsənli bu məhkəmə prosesinin yanvar ayının 22-nə təyin edildiyini də vurğulayıb:
"Yəni, proses gedir, işlər yekunlaşmayıb. Yalnız yekun qərardan sonra nəsə fikir bildirmək olar".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova edib. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)





