Efirdəki ekspertləri ifşa etdi - 60 faizi bunu edir...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Televiziyalarda, xüsusən sosial verilişlərdə aparılan müzakirələr zaman-zaman tamaşaçıların qınağına səbəb olur. Elə bir neçə gün öncə "Günə bu gün" verilişində aparılan müzakirə kimi...
Verilişə qonaq qismində qatılan tanınmış həkim Mirəzim Zaidov kişilərin xəyanət etməsinə haqq qazandıraraq qadınların günahkar olduğunu, onlardan qoxu gəldiyi üçün ərlərini özlərindən uzaqlaşdırdıqlarını iddia etmişdi. Bu fikirlərin ardınca deyilən sözlər isə cəmiyyətdə qınağa səbəb olmuşdu.
Bəs belə müzakirələrin efirlərdən izləyicilərə ötürülməsi, həm də bu cür qabarıq və mədəni olmayan bir tərzdə irəli sürülməsi nə dərəcədə doğrudur?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Amil Xəlil sözügedən məsələni belə şərh edib:
"Mövzu efirdirsə, qınaq birbaşa televiziyaya gəlir. Sosial mediada "bizim kanallar, bizim verilişlər" başlıqlı paylaşımlar olacaq. Gəlin, biz mövzuya başqa aspektdən yanaşaq. Araşdırıb öyrəndiklərimə əsasən, sovet dövründə bu tip məlumatları məktəblərdə keçirdilər. Əksər təhsil müəssisələrində ailə dəyərləri necə olmalıdır, xanım ərinə, əri xanıma necə davranmalıdır və s. Çox təəssüf ki, indi bunların heç biri yoxdur. Nə də biz görməmişik. Əslində, bu mövzu olmalıdır. Pis tərəfinə baxmağa öyrənmişik, bir az da müsbət tərəfinə fokuslanaq. Elə ailələr, xanımlar varsa, artıq özünə baxmağa, bu məsələyə diqqət etməyə başlayacaq. İkinci məsələyə gəldikdə isə belə mövzuların daha mədəni formada tamaşaçıya ötürülməsi yaxşı olar. Hansısa formada deyilməsi qıcıq yarada bilər, amma səliqəli bir tərzdə müzakirə etmək olar ki, xanımlar özünə baxmalıdır".
Aparıcı sözügedən fikirlə razılaşmadığını da bildirib:
"Xəyanət məsələsinə gəldikdə isə o qədər məmurlar var ki, vəzifədədir, ancaq iki, üçüncü "arvadları" var. Üçüncülər də elə sənət adamları, müğənnilərdən olur. Sual olunur ki, niyə bəzi müğənnilər efirə bir qarış geyimdə çıxır? Səsi ilə tanınmaq istəyən normal libasda oxuyar. Bilirlər ki, yaşlı nəslin nümayəndələri onları izləyir. Ancaq onlar bunu da bilir ki, həmişə onları "ovlamaq" istəyən məmur var. Deyilirsə ki, kişilər xanımından iy gəlir deyə, əri ona xəyanət edir, bu fikir çox absurddur. Vəzifəli məmurların necə lazımdır imkanları var. Xanımları da özlərinə fikir verirlər. Xəyanət edən şəxs üçün fərqi yoxdur. Məncə, bu problem düzgün şəkildə efirlərdə müzakirə edilərsə, faydalı olar.
Efirdə xəyanətdən danışıb qınayan ekspertlərin özü bu məsələnin pik nöqtəsindədir. Onların 60 faizi xəyanətin lap betərin edirlər. Ailələrin dağılmasına da önəm vermirlər. Lakin efirdə ailə dəyərlərindən söz açırlar. Mediasiya xidmətində 3-4 dəfə ailəsi dağılan şəxsləri işə alıb deyirlər ki, boşanmaq istəyən cütlüklərə məsləhət versin. Biz bu cəmiyyətdə yaşayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çinarə Məlikzadə 2-ci dəfə ərə getdi?
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze
-
Narkotik əməliyyatında saxlanılan məşhurların görüntüləri yayıldı - (Video)
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
XƏBƏR LENTİ
-
“Beşiktaş”ın təyyarəsini ildırım vurdu - Qorxulu anlar
-
8-ci mərtəbədə qapalı qalan azyaşlı belə xilas edildi - (Video)
-
Çinarə Məlikzadə 2-ci dəfə ərə getdi?
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
Qazın qiyməti bahalaşır
-
Paytaxtın 14 küçəsində tıxac var
-
ÇL: "Bavariya" uduzdu, "Fənərbağça" İngiltərədə qələbə qazandı
-
1 şüşə mineral su ilə xırtıldayan gül kələmi qızartması resepti
-
2026-cı ilin sonuna qədər varlanacaq bürclər
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
Wi-Fi routerini gecələr söndürün
-
Yarım qalan hər şey beynimizi məşğul edir: Zeyqarnik effekti nədir?
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)





