Şou-biznes

Liamın bədənindən müxtəlif narkotiklər tapıldı

24 Oktyabr 2024 03:03
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"One Direction" qrupunun keçmiş üzvü, dünyasını dəyişən musiqiçi Liam Peyninin bədənindən müxtəlif narkotik vasitələr tapılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Yarılma zamanı məlum oldu ki, Pyne metamfetamin, ketamin də daxil olmaqla bir neçə maddənin qarışığı olan "çəhrayı kokain" qəbul edib. Sənətçinin bədənində kokain, benzodiazepan və krekin də aşkarlandığı bildirilir.

Nəşrin məlumatına görə, Peynin eyvanından düşdüyü otel otağında müğənninin narkotik qəbul etdiyi ehtimal edilən alüminium boru qalıb. Bütün bunlar sənətçinin ölümündən əvvəl onun narkotikin təsiri altında olduğundan şübhələnən otel işçilərinin versiyasını təsdiqləyir.

Qeyd edək ki, 31 yaşlı müğənninin Argentinanın paytaxtı Buenos-Ayresdəki hotellərdən birinin 3-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.