Şou-biznes

Alsunun keçmiş milyonçu əri 20 yaşlı xanımla sevgilidir? - FOTO

2 Oktyabr 2024 21:07
Baxış: 2 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı müğənni Alsunun keçmiş həyat yoldaşı, Bakıda doğulan yəhudi əsilli iş adamı Yan Abramovla bağlı yeni iddialar ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "KP" nəşri Yanın yeni münasibətə başladığını yazıb.

İş adamının varlı ailədən olan 20 yaşlı qızla görüşdüyü deyilir.

"Onun ərəb kökləri var, Alsuya çox bənzəyir. Yeni sevgilisinin dediyinə görə, Yan onun üçün pul əsirgəmir" deyə, mənbədən nəşrə bildirilib.

Həmçinin qeyd olunub ki, iş adamı nəinki həmin xanım və Alsuya xəyanət iddialarında adı çəkilən 28 yaşlı Anastasiya Reşetova ilə, hətta bir neçə başqa qadınla da münasibətdədir.

Qeyd edək ki, müğənni və iş adamı bir müddət əvvəl boşanıb. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 7 yaşlı Rafael. Uşaqlar anaları ilə yaşamağa davam edəcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.