“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar onu əvəz edə bilməz”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zaman-zaman köhnə filmlərimizin yeni üslubda, zəmanənin tələblərinə uyğun olaraq çəkildiyinin şahidi oluruq. Azərbaycan kinematoqrafiyasında elə filmlər var ki, mövzusu bu gün də aktualdır. Elə "Bizim Cəbiş müəllim" filmi kimi.. Bəs görəsən "Bizim Cəbiş müəllim" filmi bu gün çəkilsə orijinalından çox bəyənilə bilərmi?
Mövzu ilə bağlı sualı "Bizim Cəbiş müəllim" filminin rejissoru Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyliyə ünvanladıq.
Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən sənətkarın övladı bildirib ki, atasının illər öncə lentə aldığı filmlərin bu gün yenidən çəkilməsinin qəti əleyhinədir.
"Mən indiyə qədər orijinaldan yaxşısını görməmişəm. Olub ki, zaman-zaman hansısa filmin ikinci hissəsini yaxud ardını çəkmək istəyiblər, amma alınmayıb. Çox uğursuz alınıb. Hətta həmin filmdə çəkilən sənətkarlar da sonradan peşman olublar. Bu mümkün olan məsələ deyil" deyə Ziya Seyidbəyli bildirib.
Kinorejissor Faiq Nağıyev bildirib ki, o illərin təhsil sistemi bir başqa olub və o dövrdə yetişən rejissorlar da maraqlı filmlər ərsəyə gətiriblər.
"O illərdə istər texniki heyət, istər aktyor-aktrisa heyəti yüksək səviyyəli təhsil almış peşəkarlardan ibarət idi. Hər şeyin ilki maraqlı olur. Çünki ilki artıq möhürünü vurub. O filmin təkrarı əlbəttə ki, birincisi kimi effekt verməyəcək. Bir də o vaxtı filmlərə yaxşı maliyyə ayırırdılar. İndi maliyyə yoxdur. Bundan əlavə də həmin peşəkarları əvəz edəcək nəsil yetişmir. Bu gün kimi gəldi çəkirlər. Peşəkarlara pul vermək istəmirlər. Əksər aktyor-aktrisalarımızın üz-gözü silikondur, təbiilikdən çıxıblar. Korifeyləri əvəz edən adlar yoxdur. Nəsibə Zeynalovanı kim əvəz edə bilər? Üz-gözü silikonlu aktrisalar? O vaxtı aktyorlar o qədər çox qazanırdılar ki, məişət qayğıları onları narahat edib işlərindən alı qoymurdu. Bu gün aktyoru çəkilişə çağırırsan, oturub obrazın sözlərini təkrarlamaq əvəzinə işıq pulunun, qaz pulunun dərdini çəkir. Aktyor, rejissor məişət qayğılarından uzaq olmalıdır" deyə rejissor bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
XƏBƏR LENTİ
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq





