Şou-biznes

Ağadadaş Ağayevi döyən mühafizəçi saxlanıldı - YENİLƏNİB

23 İyul 2024 15:18
Baxış: 15 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:18

Xalq artisti Ağadadaş Ağayevi döyən "Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, xalq artisti, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, az öncə isə qulağından əməliyyat olunan 68 yaşlı Ağadadaş Ağayev bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün "Medera" klinikasının mühafizəçisindən evinə həkim göndərməsini xahiş edib. Mühafizəçi isə həkim çağırmaqdan imtina edib və mübahisə yaranıb. Daha sonra əlbəyaxa dava olub və mühafizəçi Ağadadaş Ağayevi qəddarcasına döyüb.

-------

13:17

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışdım. Hadisə belə olub: Ağadadaş Ağayev "Medera" adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb "Medera" nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın.

Milli.Az axar.az-a istinadla xəbər verir ki. bu barədə jurnalist Məhəmmədəli Qəribli qeyd edib.

Onun sözlərinə görə, gözətçi "Mən niyə çağırıram, get, özün çağır" cavabını verib:

"Aralarında yaranan mübahisə davaya çevrilib. Qarovulçu Ağadadaşı yıxıb yerə və möhkəm döyüb. Hadisə şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı mühafizəçinin əlindən ala biliblər.

Sonra xalq artisti evdən baltanı götürüb və düşüb onu döyən mühafizəçinin ardına. Baltanı atanda başqa bir adama dəyib.

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.

-------

12:02

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müracətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafiçəçi isə onu klinikaya dəvət edib.

Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

--------

11:08

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Bakı şəhər sakini gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyi də qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.

-------

10:41

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı news24.az saytı yayıb.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.