Şou-biznes

Məşhur aparıcının 3 yaşlı oğlunu dayəsi DÖYDÜ - FOTO

22 May 2024 11:57
Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli tanınmış aparıcı Cansu Canan Özgenin 3 yaşlı oğlunun dayəsi tərəfindən döyüldüyü ortaya çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə ötən ilin iyul ayında baş verib.

Qonşular parkda oynayan 3 yaşlı E. Alinin dayəsi tərəfindən döyüldüyünü iddia ediblər.

Vəziyyəti öyrənən keçmiş basketbolçu, uşağın atası Erden Eryüz və həyat yoldaşı Cansu Canan Özgen polis bölməsinə gedərək əcnəbi baxıcıdan şikayət ediblər.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

M. Uktamoy adlı qadın polis bölməsindəki ifadəsində 6 aydır uşağa baxıcılıq etdiyini və daha əvvəl onu heç vaxt döymədiyini, uşağı kimi sevdiyini bildirib.

Dayə ifadəsində həmçinin tibb bacısı olduğunu və uşağın ağzına it nəcisini aparığı üçün əlinə vurduğunu deyib.

Prokurorluq qadına qarşı "sadə xəsarət" maddəsi ilə 1 ilə qədər həbs tələbi ilə məhkəməyə müraciət edib.

Şübhəli şəxs yaxın günlərdə hakim qarşısına çıxacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.