TRT 1-də yayımlanan "Gönül Dağı" serialının çəkiliş meydançasında saç ustasının köməkçisi işləyən Zeynep Çetinkaya onu zorla öpmək istəyərək təqib edən makiyaj ustası Kardelen Özbeki məhkəməyə verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sivrihisar Asliye Cəza Məhkəməsində baxılan iddiada Kardelen Özbek təqsirli bilinib.
Uzun müddətdir TRT 1-də yayımlanan "Gönül dağı" serialının çəkiliş meydançasında baş verən olay keçən ilin avqustunda yaşanıb. Şikayətdə qeyd olunub ki, makiyaj ustası Kardelen Özbekli Zeynəb Çetinkayanın dodaqlarından öpməyə çalışıb. Məsələ ilə bağlı Türkiyə Kino Televiziyaları Birliyi yazılı açıqlama yayıb.
"Gönül Dağı" adlı serial layihəsində saç ustasının köməkçisi kimi çalışan Zeynep Çetinkaya (21 yaş) makiyaj ustası Kardelen Özbekin cinsi təcavüzünə məruz qalıb. O, məruz qaldığı təzyiqləri bildirməsinə baxmayaraq, prodüser şirkəti onu haqsız olaraq işdən çıxarıb. Məhkəmə Zeynep Çetinkayaya cinsi təcavüz edən Kardelen Özbeki təqsirli bilib və cəzalandırılmasına qərar verib. Zeynep Çetinkayanın yanındayıq!", - açıqlamada qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun